1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimizdən "Qitələrarası Kubok"da 3 medal
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 7-ci "Qitələrarası Kubok" beynəlxalq turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, turnirdə iştirak edən millimiz 1 gümüş və 2 bürünc medala sahib olub.
Məşqçi David Kurtsiyanın rəhbərliyi altında mübarizə aparan güləşçilərdən Roman Bəkirov (97 kq) finalda Rusiya güləşçisi Axmed Bataevə uduzaraq gümüş medalla kifayətlənib. O, buna qədər Rusiyadan Tamerlan Rasuevi 7:6, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu 9:3, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edib.
97 kq-da mübarizə aparan digər Azərbaycan təmsilçisi Aslanbek Alborov və 86 kq-da Hacımurad Məhəmmədsəidov isə bürünc medalla kifayətləniblər. A.Alborov ilk görüşdə ABŞ-dan Vinn Mixalak (6:3), ardınca Qazaxstan təmsilçisi Mamed İbrahimov (2:0), Rusiyadan Zaynula Kurbanov (5:3) üzərində qələbə qazanıb. Ancaq yarımfinalda digər Rusiya təmsilçisi Axmed Bataevə uduzan pəhləvan bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə daha bir Rusiya təmsilçisini Azret Şoqenovu 7:3 üstələyib.
H.Məhəmmədsəidov isə bürünc medala qədər Qazaxstandan Nurali Baymuratovu tam üstünlüklə məğlub edib. O, Rusiyadan Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi azərbaycanlıl güləşçiyə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxıstandan Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən Hacımurad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edən ölkə idmançısı turnirin bürünc medalına sahib olub.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.