Azərbaycanın ən titullu baş məşqçisi Ağasəlim Mircavadov Sportnet.az-a müsahibəsində iyulun 3-də Avropa Liqasında mübarizəyə başlayacaq "Qəbələ" və Bakı "İnter"inin şanslarını dəyərləndirib...
- İlk olaraq, "Qəbələ”nin Bosniya və Herseqovina "Şiroki Briyeq”i ilə oyunu barədə fikirlərinizi bilmək istəyərdik...
- Azərbaycan təmsilçisinin ilk oyununu doğma publika qarşısında keçirməsi müsbət haldır. Komandanı azarkeşlər tək qoymayacaq. Hesab edirəm ki, fanatlar futbolçuları motivasiya edə biləcəklər. Doğrudur, "Qəbələ”də baş məşqçi dəyişikliyi baş verib, heyətə bir neçə yeni futbolçu cəlb edilib. Ancaq komandanın özülü qorunub. Təcrübəli məşqçi üçün vaxt azlığı da problem yarada bilməz. Bu klubun maliyyə dayaqları da hər kəsə məlumdur. Yəni, təzə gələn baş məşqçinin oyunçu seçimi genişdir, təlim-məşq prosesi üçün hər cür şərait yaradılıb. Futbolçuların motivasiyası var. Yoxlama görüşləri barədə də kifayət qədər informasiyaya malikik. "Qəbələ” bu mərhələni keçməlidir. Yeganə mane ola biləcək məqam, komandanın hazırlığa gec başlamasıdır. Lakin "Qəbələ”nin xeyrinə işləyən amilləri yetərincədir.
- Nəyə görə ilk oyunun Qəbələdə keçirilməsini müsbət hal kimi dəyərləndirirsiniz?
- Azarkeş amilini qeyd etdim. Eyni zamanda evdəki oyunda rəqibi yaxından tanıyıb, səfər matçına daha yaxşı hazırlaşmaq olar.
- Lakin bu, "Qəbələ”nin avrokuboklarda debüt oyunu olacaq. Sizcə, fanatların dəstəyi futbolçuları "yandırmaz”?
- Yox, inanmıram. Axı "Qəbələ”də toplaşan futbolçuların əksəriyyəti kifayət qədər təcrübəyə malikdir. Avrokuboklarda da oynayıblar, millidə də. Gənc, 19-20 yaşında olsalar, Sizinlə razılaşaram. Kamran Ağayev, Dodo, Ruslan Abuşov kimi futbolçuların toplaşdığı bir komandanın həyəcanlanacağı inandırıcı deyil. Sadəcə, bu oyunçulardan kollektiv yaratmaq, birləşdirmək, oyun üslubunu vermək lazımdır.
- İlk oyunda "Qəbələ” üçün hansı nəticəni qənaətbaxş hesab edirsiniz?
- Bir oyunun qənaətbəxş nəticəsi olmur. Yekun maraqlıdır. İki görüşün nəticəsinə baxmaq gərəkdir. Komanda xarakter göstərməlidir. Xüsusilə səfər matçında. Çünki heyətdə yeni futbolçular var, baş məşqçi təzə gəlib, hazırlıq bir qədər gec başlayıb. Bu amilləri nəzərə aldıqda, komandaya tam oturuşmaq üçün vaxt lazımdır. Deməli, meydana çıxan hər bir futbolçu bacardığından da artığını etməlidir.
- "İnter”lə bağlı nə deyə bilərdiniz? İlk oyunda Kaxaber Tsxadadzenin komandası Moldovada "Tiraspol”la görüşəcək...
- Bu, tam fərqli oyundur. "İnter” hazırlıqlara digər klublarımızdan daha tez - 4 həftə öncə başlayıb. Bu, müsbət haldır. Ancaq
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
. Onlar hazırda öz büdcələrinə uyğun oyunçu axtarırlar. Deyərdim ki, Vaqif Cavadovun "bankirlər”dən ayrılması Tsxadadzenin komandasına yaxşı heç nə vəd etmir. Çünki bu futbolçu "İnter”də böyük rol oynayırdı. Ancaq buna baxmayaraq, düşünürəm ki, təmsilçimiz mərhələni adlayacaq. - Praqmatik futbola üstünlük verən Topaz Premyer Liqasının gümüş mükafatçısının ilk oyunu səfərdə keçirməsini müsbət, yoxsa mənfi hal kimi dəyərləndirirsiniz?
- Yalnız müsbət! "İnter” top saxlamağı bacarır. Üstəlik baş məşqçiləri müdafiə xəttini də təcrübəli futbolçulardan qurur. Tsxadadzenin oyun fəlsəfəsi belədir və buna bir söz deyə bilmərəm. Oturuşmuş heyətləri var, oyun sistemləri bəllidir. Bu amillər "İnter”in xeyrinə işləyəcək.
- Hesab edirsiniz ki, Azərbaycan təmsilçisi səfər oyununda qapanıb, müdafiə futbolu oynamayacaq?
- Yox, inanmıram. "İnter”in öz dəst-xəttinə sadiq qalacağını, oyunu sürətli cinah hücumları üzərində quracağını düşünürəm.
- Hər iki komandamızla bağlı proqnozunuzu almaq istərdik...
- Hər iki klubumuz bu mərhələni keçməlidir! Bir qədər "Qəbələ” üçün çətin ola bilər. Bu da komandanın hazırlıqlara gec başlaması, məşqçi dəyişikliyi və yeni futbolçuların heyətə oturuşması ilə əlaqədardır. Ancaq xarakter göstərə bilsələr, oyunu çıxarmalıdırlar. "İnter” isə bu mərhələni birmənalı şəkildə keçməlidir.
Ceyhun ƏLİYEV