
Türkiyənin "Qalatasaray" komandası İtaliya yığmasının sabiq baş məşqçisi Çezare Prandelli ilə danışıqlara başlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, danışıqların gedişi barədə əlavə bilgi veriləcək.
Qeyd edək ki, Çezare Prandelli İtaliya yığmasının DÇ-2014-də fiaskoya uğramasından sonra istefa verib.