1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfsanəvi futbolçu dünyasını dəyişdi
İspaniyanın "Real Madrid" klubunun əfsanəvi futbolçusu Alfredo Di Stefano 88 yaşında dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, bir neçə gün öncə keçirdiyi infarkt səbəbindən xəstəxanaya yerləşdirilsə də, Di Stefanonun həyatını xilas etmək mümkün olmaylb.
O, 45 saatadək komada qaldıqdan sonra gözlərini əbədi yumub.
Qeyd edək ki, Alfredo Di Stefano 1953 - 1964-cü illəri əhatə edən futbolçu karyerası ərzində uzun müddət qırılmayan rekordlara imza atıb. O, 5 dəfə Avropa kuboklarına, 7 dəfə İspaniya çempionluğuna sahib olub. Di Stefano 1982 - 1984 və 1990 - 1991-ci illərdə "Real Madrid"in baş məşqçisi olub. Əfsanəvi futbolçu 2000-ci ildə klubun fəxri prezidenti adına layiq görülüb. O, Argentina əsilli olduğundan, həm bu ölkənin, həm də İspaniya yığmasının şərəfini qoruyub və futbol dünyasına damğasını vuran futbolçulardan birinə çevrilib.