İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey İnşaatın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov yarışmanın ikinci finalçısı adını qazanıb.
O, Hollandiya - Argentina oyununun əsas vaxtının hansı hesabla nəticələnəcəyini dəqiq müəyyənləşdirərək, aktivinə daha 60 xal yazdırıb. Beləliklə də, Rüstəm Rəhimov üzərində də qələbə əldə edən hücumçu həlledici qarşılaşmada iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, Ramazanov finalda Əliyar Ağayevlə qarşılaşacaq. Üçüncü yer uğrunda isə Tahir Hümmətovla Rüstəm Rəhimov üz-üzə gələcəklər.
1/2 final. Hollandiya – Argentina 0:0
Rüstəm Rəhimov (13) (futbol veteranı) - 1:0 - Görüşün əsas vaxtının heç-heçə bitəcəyini düzgün proqnozlaşdırmayıb. Xal ehtiyatını artıra bilməyib.
Ağabala Ramazanov (42) (futbolçu) – 0:0 - Hesabı dəqiq müəyyənləşdirib. Aktivinə 60 xal yazdırıb.