Azərbaycanın "İnter" klubunun Avropa Liqasının I mərhələsindəki rəqibi Moldova "Tiraspol"ununun müdafiəçisi Andrey Novikov bu komandalar arasında keçirilən ilk oyun haqda danışıb. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, avtoqol və qolla yadda qalan futbolçu təkrar görüşdəki şansları da dəyərləndirib.
İlk oyunda düşdüyü vəziyyəti "olduqca ağır" adlandıran Novikov, oyununun alınmadığını da qeyd edib. O, öz qapılarına vurduğu qoldan sonra əvəz çıxmaq və bəraət qazanmaq haqda düşündüyünü bildirib: "Oyuna görə ən azından rəqibdən zəif olmadığımızı hesab edirəm. Nə yaxşı ki, rəqib qapısına da yol tapa bildim. Bu, ümumi mənfi auranı bir qədər yüngülləşdirdi. Bəli, evdəki məğlubiyyətdən sonra ümumi nəticədə uğur qazanmaq şanslarımız azdır. "İnter" qapımızdan 3 qol keçirib. Nəyə görə biz də bunu etməyək? Bakıda çalışıb erkən qol vurmaq lazımdır. Belədə, yenidən fərqlənmək üçün kifayət qədər vaxtımız olacaq. Hesab edirəm ki, biz mərhələ adlaya bilərik. Hətta deyərdim ki, bunu etməyə borcluyuq".
Novikov "Şəfa" stadionuna adaptasiya olduqlarını da bildirib: "Şənbədən bəri gündə iki dəfə "Tiraspol"un süni meydançasında gündə 2 dəfə məşq etmişik. Gündüzlər əlbəttə ki, çətindir. Ancaq axşamlar hər şey normal olur. Demək istəyirəm ki, meydançanın süni olması bizə əngəl yarada bilməz. Əsas oyuna yaxşı köklənmək və komanda oyunudur. Bizə qol vurmaq lazımdır. Deməli, hücumlar qurub, pressinq tətbiq edəcəyik. "İnter" təcrübəlidir və yaxşı təşkil olunub. Ancaq biz onların zəif nöqtələrini bilirik və bundan yararlanmağa çalışacağıq".
Qeyd edək ki, Moldovada baş tutan ilk oyunda Azərbaycan vitse-çempionu 3:2 hesablı qələbə qazanıb. Bu komandalar arsında təkrar görüş bu gün saat 21:00-da start götürəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |