Azərbaycan və Ukrayna minifutbol milliləri arasındakı Avropa çempionatının final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə hakimlər, daha sonra fərdi mükafatlar təqdim olunub.
Mirmehdi Rzayev final oyununun, Eşqin Tağıyev isə Avropa çempionatının ən yaxşı minifutbolçusu sayılıb.
Ardından Serbiya və Macarıstan yığmaları bürünc, Ukrayna minifutbolçuları gümüş medallarını alıb.
Sonda isə Avropa çempionatının qalibi Azərbaycan millisi qızıl medallarla təltif edilib. Kapitan Elvin Əlizadəyə isə kubok təqdim olunub.
Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynanı məğlubiyyətə uğradıb - 2:0.


















































































