Avropa Liqasının II təsnifat mərhələsində Bakının "İnter" klubunun rəqibi olan "Elfsborq" bu gün İsveç çempionatında növbəti matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, Yorgen Lennartssonun başçılıq etdiyi komanda çempionatın sonuncu pilləsində qərarlaşan "Brommapoykarna"nı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30 start götürəcək.
İsveç çempionatında 14 tur arxada qalsa da, "Elfsborq" 1 oyun daha az keçirib. "İnter"in rəqibinin aktivində 24 xal var və komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
İsveç çempionatında 14 tur arxada qalsa da, "Elfsborq" 1 oyun daha az keçirib. "İnter"in rəqibinin aktivində 24 xal var və komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Elfsborq" - "İnter" görüşü iyulun 17-də İsveçdə, cavab matçı isə iyulun 24-ü Bakıda keçiriləcək.