
Ağdamın "Qarabağ" klubu bu gün Avstriya hazırlıqlarını tamamlayaraq, Maltaya yollanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov "Valletta" ilə iyulun 15-də oynayacaqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasına hazırlığın son mərhələsini "cırtdan ölkə"də keçməyə qərar verib.
Qeyd edək ki, "Valletta" - "Qarabağ" matçı Ta Qalidəki Milli stadionda baş tutacaq. Bakı vaxtı ilə saat 21:30-da start götürəcək qarşılaşmanı isveçrəli referi Adrian Jakotte idarə edəcək.