"Qarabağ"ın futbolçusu Maksim Medvedevin Maltada "Valletta" ilə ilk matçın iştirak ərizəsinə salınmamasının səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a klubun meneceri Asif Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, Medvedev oyuna 2 gün qalmış məşq vaxtı ayağında ağrılar hiss edib. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanov 25 yaşlı sağ cinah müdafiəçisinə istirahət verib. Nəticədə onun adı nəinki start heyətə, heç ilk "18-liy"ə salınmayıb. Əvəzində həmin mövqedə İlqar Qurbanova şans verilib.
Klub rəsmisi Medvedevin iyulun 22-də Bakıda keçiriləcək cavab görüşündə böyük ehtimalla meydana çıxacağını əlavə edib. O, hər şeyin baş məşqçinin qərarından asılı olacağını vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" "Valletta" ilə səfər qarşılaşmasından minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |