"Xəzər Lənkəran”dan
ayrılan Slavik Alxasovun "Neftçi” ilə qarşıdurması futbolçunun xeyrinə başa
çatıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın Oyunçuların Statusu və transferi Komitəsi "ağ-qaralar”ın
Alxasova qarşı iddialarını əsassız hesab edərək, 21 yaşlı müdafiəçiyə azad
agent stausu verilməsi barədə qərar çıxarıb.
Futbolçunun agenti Tural Əsgərov Sportnet.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, Azərbaycan futbolunda bu cür halın ilk dəfədir ki, baş verdiyini bildirib: "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov absurd iddia ilə çıxış edirdi ki, Slavik "Xəzər Lənkəran"dan ayrılıbsa, 3 il əvvəl məxsus olduğu komandaya qayıtmalıdır. Ancaq bu qərar kimin boş-boş danışdığını göstərdi. Alxasovun azad agent statusu alacağına heç bir şübhəm yox idi. Çünki bütün sənədlər qaydasında idi və AFFA-nın müvafiq qurumu ədalətli qərar çıxardı".
Əsgərov müştərisinin gələcək taleyinə də aydınlıq gətirib: "Sumqayıt"la bütün məsələlərdə anlaşmışıq. Qalıb müqavilənin imzalanması. Bu gün, çatmasa, sabah müdafiəçi "Sumqayıt"la müqavilə imzalayacaq".
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov isə Sportnet.az-a açıqlamasında bu haqda danışmaq istəmədiyini bildirib: "Bizim sabah Sloveniyanın "Koper" klubu ilə oyunumuz var. Ona görə də, bu məsələ ilə bağlı daha sonra danışarıq. Slavik Alxasov məsələsi bizim üçün o qədər də önəmli deyil".
Qeyd edək ki, Slavik Alxasov ötən mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da, ikinci hissəsini isə tamhüquqlu futbolçu kimi "Xəzər Lənkəran"da keçirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |