Siyahıya 1724 xalla sonuncu dünya çempionu Almaniya millisi başçılıq edir. İlk üçlüyü isə 1606 və 1496 xalla müvafiq olaraq Argentina və Hollandiya yığmaları bölüşür. Ötən ayla müqayisədə ən çox geriləmə İspaniyada olub. İyunun ən güclüsü olan "buğalar" bu ay 7 pillə geriləyib və 8-ci sırada qərarlaşıb.
Millimizin 2016-cı ildə keçiriləcək Avropa çempionaıtnın seçmə mərhələsindəki rəqibi olan Bolqarıstan 72-ci pillədə qərarlaşıb və aktivində 425 xal var. Malta isə 18 pillə geriləyərək 146 xalla 150-cü sırada dayanıb. Norveç yığması 523 xalla 53-cü, İtaliya 1056 xalla 14-cü, Xorvatiya isə 955 xalla 17-ci pillədə yerləşib.