Bakı "İnter"inin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçin "Elfsborq" klubunun baş məşqçisi Peter Vetterqren müsahibə verib. Sportnet.az-ın "Elfsborq"un saytına istinadən məlumatına görə, mütəxəssis bu gün baş tutacaq görüş barədə fikirlərini bölüşüb.
- "İnter"i iş başında neçə dəfə görmüsünüz?
- Azərbaycan təmsilçisinin "Tiraspol"a qarşı 2 oyununu izləmişəm: birini canlı, digərini DVD vasitəsi ilə.
- Hansı xüsusiyyətlərini qeyd edə bilərsiniz? Gözlədiyiniz kimi oynayırdılarmı?
- "İnter" haqda əvvəlki təsəvvürlərimdə yanılmışam. Onlar daha səviyyəlidirlər. Xüsusilə iki mərkəz yarımüdafiəçilərini qeyd edərdim. Bax həmin oyunçulara məxsusi diqqət yetirməliyik. Hücum xətti ilə yanaşı, bu duet müdafiəçilərə də kömək etməyi bacarır.
- Sizcə, "Elfsborq"a müqavimət göstərə biləcəklər?
- Kifayət qədər təcrübəli futbolçulardan qurulmuş heyətləri var. Yaxşı təşkil olunmuş komandadır. Hücumda və müdafiədə dəqiq oynamağı bacarırlar. Öz dəst-xətləri var və plana uyğun hərəkət edirlər.
- Bu cür rəqiblərə qarşı necə oynamaq lazımdır?
- Belə komandalarla oyunlarda xeyli əziyyət çəkməlisən. Çoxlu enerji sərf etmək, daim hərəkətdə olmalısan. Müdafiədə aqressiv olmalıyıq. Hücumda isə onların zəif mövqelərindən istifadə etməliyik. Meydanın özümüzə aid hissəsində topa daha çox nəzarət etməliyik. Belədə, oyunu diqtə edən tərəf olacağıq. Onları öz cərimə meydançalarında qapanmağa məcbur etməliyik və orada amansız olmalıyıq.
- "Elfsborq"un uğur əldə etməsi və qalib gəlməsi üçün nə etmək lazımdır?
- Son 2 gündə komandamız həqiqətən istəkli və enerjilidir. Oyunçularda qələbə qazanmaq eşqi var və bu, bizi sevindirir. Bu cür əhval-ruhiyyə yaxşı əlamətdir. Ancaq bütün diqqətimizi oyuna yönəltməliyik. İstək və şən əhval-ruhiyyə ilə yanaşı, konsentrasiya da varsa, adətən yaxşı nəticə gəlir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |