
İsveçrənin Sürix şəhərindəki atletika üzrə Avropa çempionatında 3000 metr məsafəyə maneələrlə qaçış növündə qalib olan fransalı Mahidin Mehissi Benabbad finişdən sonra diskvalifikasiya edilib. Sportnet.az-ın məlumatına görə, sona bir neçə metr qalmış Benabbad formasını əynindən çıxaraq, çılpaq bədənlə qaçmağa başlayıb.
Hakimlər Komitəsi onu diskvalifikasiya edərək, çempionatın qızıl medalından məhrum edib. İdmançı isə deyib ki, formasını sevincindən soyunub və cəzalandırılacağını bilməyib.
Hakimlər Komitəsi onu diskvalifikasiya edərək, çempionatın qızıl medalından məhrum edib. İdmançı isə deyib ki, formasını sevincindən soyunub və cəzalandırılacağını bilməyib.
Beləliklə, qızıl medal qaçışı ikinci yerdə başa vurmuş digər fransalı Yoann Kovala qismət olub. Polşalı Kristian Zalevski gümüş, ispaniyalı Anxel Mullera bürünc medala yiyələnib.