
"Bakılı PFL-ə müraciətində "Rəvan"la ev, "Turan T" ilə səfər oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. PFL isə I turun "Bakılı” – "Rəvan” matçını 6 sentyabrdan 29 sentyabra, II turun "Turan T” – "Bakılı” oyununun 11 sentyabrdan 6 oktyabra keçirib.
Qeyd edək ki, "Bakılı" klubu ötən mövsüm iki oyunda iştirak etməməsi səbəbindən çempionatdan çıxarılmışdı. Lakin bir müddət sonra bu qərar dəyişdirilib və klubun I divizionda çıxışına icazə verilib. "Bakılı"nın prezidenti qalmaqalları ilə məşhur olan Misir Əbilovdur.