Bu gün Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa
Millətlər Kuboku turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, komanda yarışı xarakterli turnirdə
Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan,
Bolqarıstan, İsveç yığmaları iştirak edir.
İlk
gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki
yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla
eyni yarımqrupda mübarizə aparıb. Qadın güləşçilərimiz hər iki görüşü 5:3
hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada tamamlayıb. Digər
yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda birinci yeri tutan komandalar finalda
qarşılaşacaq.
Beləliklə,
Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final
görüşü Azərbaycan və Rusiya yığmaları arasında olacaq.
B yarımqrupu
1-ci görüş - Bolqarıstan - AZƏRBAYCAN - 3:5
48 kq - Georgiyeva - Patimat
Baqomedova - 4:10
53 kq - Yankova - Solmaz Həşimzadə - 9:8
55 kq - Nikolova - Alyona Kolesnik - 8:0
58 kq - Hristova - İrina
Netreba - 0:3
60 kq - Bobeva - Nataliya Sinişin - 2:1
63 kq - Taybe Yusein -Elmira Qəmbərova - 4:6
69 kq
- Vaseva - Nadya Sementsova - 1:6
75 kq - İvanova - Gözəl Zutova - 3:5
2-ci görüş - AZƏRBAYCAN - Ukrayna - 5:3
Patimat Baqomedova-
Ribak - 9:0
Solmaz Həşimzadə-
Blaxina - 5:2 (tuşe)
Alyona
Kolesnik - Xariv - 8:8
İrina Netreba -Vasilenko - 0:3
Anna Sinişin -Tatyana Omelçenko - 3:6
Elmira Qəmbərova- Svetlana Rıjikova - 4:3
Nadya Sementsova -Alina Maxina - 2:4
Gözəl Zutova-
Katerina Burmistrova - 14:2
Qeyd edək ki, final görüşü 8 noyabr saat 17:30-da başlayacaq.