
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov bu gecə Avropa çempionluğu uğrunda revanş döyüşünə çıxıb. Sportnet.az-ın Qol.Az-a istinadən məlumatına görə, boksçumuz WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi Mattias Pelklə qarşılaşıb.
Almaniyada keçirilən revanş döyüşü Məmmədovun qələbəsi ilə başa çatıb. Dördüncü raundunda rəqibini texniki nokauta salan boksçumuz hər iki kəmərə sahib çıxıb.






