Millimizin üzvü Vaqif Cavadovun Türkiyənin "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubundan qovulduğunu xəbər vermişdik. Sportnet.az-a açıqlamasında futbolçunun atası, veteran futbolçu Füzuli Cavadov oğlunun komandadan ayrılmasından xəbərsiz olduğunu bildirib.
Ata Cavadov açıqlamasında klubun Vaqiflə mövsümün sonunacan müqaviləsi olduğunu deyib: "Vaqif hazırda Bakıdadır. Onun klubla mövsümün sonunadək müqaviləsi var. Klub rəhbərliyi qarşılıqlı razılıq olmadan bu addımı ata bilməz. Oğlum məzuniyyətə buraxılarkən, ona göndərildiyi barədə bir söz deyilməyib. Əksinə, yanvarın 11-də başlanacaq Antalya toplanışına gəlməsi istənilib. Vaqifin agenti ilə əlaqə saxlayaraq məsələ ilə maraqlanmasını tələb etdik".