"Simurq" klubu yeni transferini həyata keçirib. Sportnet.az-ın məlumatına görə, komanda bu gün ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado ilə müqavilə imzalayıb.
Avarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək. Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli futbolçu komanda ilə birgə hazırlıqlara başlayıb.
Qeyd edək ki, Melli adı ilə tanınan yeni futbolçu 7 il İspaniyanın "Betis" klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. "Gent" komandasından sonra ötən mövsüm Moldovanın "Şerif" klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş eədn "Erqotelis" olub.