
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu yanvarın 21-də növbəti yoxlama oyununa çıxacaq. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi "Universitatya" (Krayova) klubu olacaq.
Rəqib hazırda 17 oyundan 29 xal toplamaqla turnir çədvəlində 6-cı sırada qərarlaşıb. Matç, Bakı vaxtı ilə saat 19:00-da "Papillon Futbol Mərkəzi"nin meydanında baş tutacaq və "Xəzər Lənkəran TV” ilə canlı yayımlanacaq.




































































