Məşhur portuqaliyalı futbol hakimi Pedru Proensa peşəkar karyerasını bitirib. Sportnet.az-ın məlumatına görə, bu barədə 44 yaşlı referinin özü bəyan edib.
O qərarını psixoloji və fiziki baxımdan yorulması, habelə, qarşıya qoyulan vəzifəni yerinə yetirməsi ilə əlaqələndirib: "Fikrimcə, ölkədə hakimliyin inkişafı istiqamətində böyük iş gördüm".
Qeyd edək ki, Pedro Proensa 2003-cü ildə beynəlxalq dərəcəli hakim adını alıb. O, 370 beynəlxalq və milli səviyyəli oyun idarə edib, habelə 2012-ci ildə Çempionlar Liqası və Avropa çempionatının final matçlarını idarə edib.