
"Bu il idmançılar, xüsusən də döyüşçülər üçün ağır olacaq" deyən Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət verildiyini də vurğulayıb: "Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər - Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra veriləcək".
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək. (Report.az)