Bakı Şahmat Olimpiadasının keçirilməsində dəstək olan şirkətlərin adları açıqlanıb. Olimpiadanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 42-ci Ümumdünya Şahmat Olimpiadası üçün 12 şirkətlərlə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bunlar SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, "Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquinidir.
Tərəfdaşlar mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edib.
Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.