1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"ShamkirChess 2018": II turun oyunları da heç-heçə yekunlaşdı - YENİLƏNDİ
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində II turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb. Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar.
Azərbaycanın daha 2 təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.
Turun proqramı:
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.