
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürüb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında keçirilir. Nepomnyaşinin ağ fiqurlarla oynadığı ilk partiya 45-ci gedişdə heç-heçə ilə yekunlaşıb.
Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.