Norveçli dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin son qalibi olan rusiyalı Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda oyundan rəsmən imtina edib.
Sportnet.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı qrossmeyster dünya çempionluğu matçında iştirak etməyəcəyini yazılı şəkildə təsdiqləyib.
Bildirilib ki, Karlsenin bu addımından sonra İddiaçılar Turnirində 2-ci yeri tutan çinli Din Liren Nepomnyaşi ilə qarşılaşmaya dəvət alıb.
2023-cü ildə təşkil olunacaq şahmat tacı uğrunda görüşün daqiq tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, Maqnus Karlsen daha əvvəl ölkəsinin mətbuatına verdiyi müsahibədə Yan Nepomnyaşi ilə görüşə çıxmayacağını bildirib.