
Şahmat üzrə qadınlar arasında dünya çempionu adı uğrunda görüşdə çinli Tzuy Ventsyun həmyerlisi Tan Çjunyini məğlub edib.
Sportnet.az xəbər verir ki, hazırkı dünya çempionu Ventsyun ağ fiqurlarla oynadığı 9-cu partiyanın 38-ci gedişində 6,5 - 2,5 hesablı qələbəyə sevinib.
O, yarışın sonuna 3 tur qalmış ardıcıl dördüncü dəfə dünya çempionu adına yiyələnib.
Qeyd edək ki, qarşılaşma Çinin Şanxay və Çonqinq şəhərlərində baş tutub.