2026-cı ilin oktyabr ayında Bakı Su İdmanı Sarayı üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə - “Silk Way” (İpək Yolu) Dünya Kubokuna ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar.
İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi məhz Bakıda təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək.











































































