
Sportnet.az xəbər verir ki, bu, "Xilasedici" komandasıdır.
"Xilasedici" 3-cü yer uğrunda ikinci görüşdə ""Neftçi"ni 3:1 hesabı ilə yenib. İlk görüşdə isə 3:0 hesablı qələbə qeydə alınmışdı.
Qeyd edək ki, qadın voleybolçuların yarışında birinci yer uğrunda “Azərreyl” və “Abşeron” komandaları, kişilərin mübarizəsində isə qızıl medal uğrunda “Azərreyl” və “Murov Az Terminal” klubları qarşılaşacaqlar. Qaliblərin adlarına müvafiq olaraq, aprelin 24-də və 25-də aydınlıq gələcək.