
23-24 avqust Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacağı yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək.
Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.