Azərbaycanın qadın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal mərhələsinə yüksəliblər.
Sportnet.az xəbər verir ki, komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistanı məğlub edən yığmamız 1/4 finalda Maldiv seçməsinə qalib gələrək növbəti mərhələyə adlayıb.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət kollektiv yarımfinalda Misir millisi ilə qarşılaşacaq.








































































