Rusiyanın Çelyabinsk vilayətində Permin “Bionord Pro” basketbol komandasını daşıyan avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sportnet.az xəbər verir ki, qəza M-5 “Ural” federal magistralında qeydə alınıb.
İlkin məlumata görə, avtobus qarşı hərəkət zolağına çıxaraq “Qazel” markalı avtomobillə toqquşub.
Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, hadisə zamanı avtobusun sürücüsü həyatını itirib. Komandanı müşayiət edən şəxslərdən biri Zlatoust şəhər xəstəxanasında əməliyyat olunub. Basketbolçular isə müxtəlif dərəcəli xəsarətlər və əziklərlə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, komanda 3x3 basketbol yarışından geri qayıdırmış.
Hazırda “Bionord Pro”nun üzvləri hotellərdən birində yerləşdirilib və onların qatarla Perm şəhərinə göndərilməsi planlaşdırılır.












































































