1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" - "Fənərbağça" derbisindən öncə dava - FOTOLAR
Qadın voleybolçular arasında keçirilən Türkiyə çempionatının "4-lər finalı" çərçivəsində İzmirdə keçirilən "Fənərbağça" - "Qalatasaray" matçından öncə iki komanda azarkeşləri arasında toqquşma baş verib. Sportnet.az-ın məlumatına görə, gərginlik "Qalatasaray" fanatlarının Atatürk Voleybol Salonuna girməkdə olan "Fənərbağça"lı tərəfdarlara pivə şüşələri atmasından sonra başlayıb və yarış zalına da sirayət edib.
"Sarı-qırmızı" fanatlardan biri görüş öncəsi iki tribuna arasında "sarı-lacivərdlilər"ə məxsus pankartların olduğu bölümə keçərək, bir pankartı söküb və özlərinin olduğu tribunaya gətirib. Bundan qəzəblənən "Fənərbağça"lılar "Qalatasaray" tribunasına gedib pankartı geri qaytarmağa çalışıb. Polis onların qarşısını çətinliklə alıb.
Bu arada "sarı-lacivərdlilər" olayları çaşqınlıqla izləyən "Qalatasaray"lı voleybolçulara plastik su qabları atıb. Təhlükəsizlik xidməti əməkdaşları tribunalardakı bütün plakatları toplayıb. Komandalar paltardəyişmə otağına gediblər. Qarşılaşma 20 dəqiqə gec başlayıb.