
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Voleybol Mərkəzində başlayıb.
Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Ardınca kollektiv Türkiyə və Polşada təlim-məşq toplanışında olacaq. Hazırlığın gedişində bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7 - 12-də Hollandiyanın Apeldorn şəhərində olacaq.
A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.
A qrupu
7 yanvar
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
8 yanvar
22:30. Bolqarıstan – Hollandiya
9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10 yanvar
23:00. Polşa – Azərbaycan
B qrupu
7 yanvar
16:00. Almaniya – Türkiyə
8 yanvar
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
9 yanvar
16:00. Belçika - Xorvatiya
10 yanvar
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika