Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb.
Sportnet.az "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı idmançı məhkəmə iddiasını udub.
Hakimin sözlərinə görə, Cokoviçin vizası əsassız ləğv edilib. Məhkəmə dünyanın bir nömrəli raketka ustasının karantin otelindən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.
Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.