
Azərbaycanın stolüstü tennis üzrə yeniyetmələrdən ibarət komandaları beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər.
Sportnet.az xəbər verir ki, kişi tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində keçiriləcək turnirlərdə bacarıqlarını göstərəcəklər.
Qadınlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində təşkil olunan yarışlarda etimadı doğrultmağa çalışacaqlar. Beynəlxalq turnirlərdə ölkənin idman şərəfini Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyur.
Qeyd edək ki, bu turnirlərdə iştirakın əsas məqsədi iyul ayında Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.