
Azərbaycanlı həndbol hakimi Ernest Ağakişi Çexiya paytaxtı Praqada keçiriləcək çimərlik həndbolu üzrə Avropa çempionatına dəvət alıb.
Sportnet.az xəbər verir ki, beynəlxalq dərəcəli referi nüfuzlu yarışda ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı 7 - 10 iyulda təşkil olunacaq.