1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağasəlim Mircavadovun davamçısı Malayziyada tapıldı
Futbol üzrə Malayziya milli komandasının baş məşqçisi Dollah Salleh istefa verib. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis bu addımı DÇ-2018-in seçmə mərhələsində BƏƏ-yə 0:10 hesablı məğlubiyyətlə bitən qarşılaşmadan sonra atıb.
Salleh bildirib ki, onun yerində kim olsaydı, belə məğlubiyyəti qəbul edə bilməzdi: "0:10 hesabı ilə uduzmağı kim qəbul edərdi. Bax, mən qəbul etmirəm. Bu, Malayziya tarixində ən pis məğlubiyyətdir".
Baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, Onq Kim Sviyə tapşırılıb. Lakin yerli mətbuat komandaya yaxın vaxtlarda əcnəbinin rəhbərlik edə biləcəyini yazıb.
Seçmə mərhələdə A qrupunun ilk 3 turundan sonra Malayziyanın hesabında 1 heç-heçə, 2 məğlubiyyət var. Top fərqi 1:17 nisbətindədir.
BƏƏ ilə oyunda Malayziya millisi 3 qapıçıdan yararlanıb. Onlardan birincisi Hayrul bin Çe Mat 4 qol buraxdıqdan sonra - 28-ci dəqiqədə əvəzlənib. Onu əvəzləyən Selamatın qapısına 3 top daxil olub. Nəhayət, 62-ci dəqiqədə qapıya Hayrul Ajan Xalid keçib və o da 3 top buraxıb.
Qeyd edək ki, eyni hesablı məğlubiyyətlə Azərbaycan milli komandası 20 il öncə üzləşib. 1995-ci il sentyabrın 6-da keçilmiş AVRO-2016-nın seçmə qrup matçında Fransaya səfərdə 0:10 hesabı ilə uduzduqdan sonra baş məşqçi Ağasəlim Mircavadov istefa verib. Bu, millimizin tarixi ərzində ən böyük hesablı məğlubiyyətdir.