1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisi dünya ikincisidir
ABŞ-ın Las Veqas şəhərindəki 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi Rio-2016-ya 6 mümkün lisenziyadan 4-ünü qazanıb.
Həmin lisenziyaları Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) əldə edib. Bu nəticə ilə ölkəmiz lisenziya sayında Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.
Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq), 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc (Saman Təhmasibi, 85 kq) medalla başa vuran millimiz komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna tutub.
Artıq Bakıya doğru yola çıxan yığmamızın Bakı vaxtı ilə 11 sentyabr, saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.