İspaniya Kubokunun 1/8 final matçında "Espanyol"un qapıçısı Pau Lopes "Barselona"nın hücumçusu Lionel Messiyə qarşı qəsdən kobudluq edib. Sportnet.az-ın məlumatına görə, xoşagəlməz olay ikinci hissənin əvvəllərində baş verib.
Televiziya görüntülərində Paunun ayağını Messinin topuğuna basdığı aydın görünür. Argentinalı forvardın etirazlarına baxmayaraq, bu epizod baş hakim Martines Manueranın diqqətindən yayınıb. Beləliklə, qolkiper aşkar qırmızı vərəqədən qurtulub.