"Musiqini həm dinləməyə, həm də oxumağa
həvəsim var. Arabir özüm də zümzümə etməyi xoşyaıram". Sportnet.az-ın
məlumatına görə, bunu sərbəst güləş üzrə 2014-cü ilin dünya və Avropa çempionu
Hacı Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
23 yaşlı pəhləvan "Sarı gəlin" mahnısını zümzümə
edərək, əminliklə bildirib ki, bu, Azərbaycana məxsus musiqidir: "Çünki
bu, neçə illərdir azərbaycanlı müğənnilərin ifasında səsləndirilir. Özüm uşaq
vaxtlarımdan bu mahnının sözlərini başdan-ayağa əzbər bilirəm. Bu sözlərin
ermənilərə heç bir dəxli yoxdur. Beynəlxalq yarışlar zamanı Ermənistan yığması
ilə eyni oteldə olduğumuz vaxt onların eşitməsi üçün dəhlizlərdə, otaqda,
liftdə "Sarı gəlin"i ifa edirəm. Qoy, eşitsinlər ki, bu mahnı onlara
yox, bizə aiddir".
Əliyev indiyədək 2 dəfə üz-üzə gəldiyi və qələbə qazandığı
Ermənistan güləşçiləri ilə görüşlərindən də danışıb. O bildirib ki, ermənilərlə
üz-üzə gələndə yalnız qələbəyə köklənir: "İstər zəif, istər güclü olsun,
erməni rəqiblərlə döyüşlərlə adama elə hiss gəlir ki, uduzmaq istəmirsən.
Ermənini yalnız udmağa çalışırsan. Düzdür, çəkinmirsən. Amma necə də olmasa,
qarşındakı düşməndir. Ona qalib gəlmək istəyirsən. Ermənini məğlub etmək çox
gözəl hissdir. Bunu onlara qalib gələn idmançılarımız daha gözəl bilirlər.
Qeyd edək ki, Hacı Əliyev bu il Finlandiyanın Vantaa
şəhərində keçirilmiş Avropa çempionatında və Özbəkistanın paytaxtı Daşkənddə
təşkil olunmuş dünya çempionatında 61 kq çəki dərəcəsində qızıl medal qazanıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |