Azərbaycan Premyer Liqasında XIX turun "Kəpəz" - Turan Tovuz" matçında qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, Gəncə şəhər stadionu təmirdə olduğu üçün Tovuzda keçirilən qarşılaşmanın 57-ci dəqiqəsində ara qarışıb.
"Kəpəz"in futbolçusu Turan Manafovun qolundan sonra tovuzlu azarkeşlər qəzəbləniblər. Onlar gəncəli oyunçuların qol sevinclərini çılğın formada qeyd etmələrinə qarşı çıxıblar. "Turan Tovuz" futbolçularının da narazılıq bildirmələrindən sonra fanatlar meydana yad əşyalar atmağa başlayıblar.
Qeyd edək ki, hazırda "Kəpəz" 3:2 hesabı ilə öndədir.