Azərbaycanın futbol üzrə qızlardan ibarət U-15 və U-17 milli komandalarının məşqçi heyətində dəyişikliklər edilib.
Sportnet.az xəbər verir ki, AFFA Samirə Aşırovanı U-15 yığmasının köməkçi məşqçisi vəzifəsindən azad edib.
Əvəzində Rövşən Qasımov əsas millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirməklə yanaşı, U-15-ə baş məşqçi təyin olunub.
Onun köməkçiləri əsas millinin futbolçusu Manə Mollayeva və qapıçılar üzrə məşqçi əsas millinin qapıçısı Günay İsmayılova olacaq.
U-17 yığmasına isə Xanlar Əliyev baş məşqçi təyin edilib. Əliyev əsas A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
Bunlardan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.











































































