"Araz Naxçıvan”ın son bəyanatı mənə təxminən 15 il əvvəlki hadisəni xatırlatdı. O vaxt birinci dəstədə yarışan, azarkeşlik etdiyim komandanın oyunlarına baxmağa gedirdim. İş elə gətirdi ki, normal şərtlər altında baş tutan bu yarışda həmin komanda birinci yeri tutdu və o zaman güclülər dəstəsi adlanan yüksək liqaya vəsiqə qazandı.
Həə... elə ki, yüksək liqaya çıxdı, həmin komandanın problemləri, müsibətləri başladı. Hər oyunda komandanın əleyhinə işləyən "hakim səhvləri” tezliklə maliyyə vəziyyəti o qədər də yüksək olmayan komandanın rəhbərliyini də, futbolçularını da, iyrəndirdi və çox keçmədi ki, bu komanda çempionatı yarımçıq tərk etdi.
Nəyi demək istəyirəm? Nə qədər ki, "Araz Naxçıvan” birinci dəstədə idi, onunla yarışan komandaların sahibləri zəif idi, bu komandadan səs-səmir çıxmırdı. Elə ki premyer liqaya yüksəldi, burada artıq güclü sahibləri olan, yiyəli klublarla rastlaşdı. Bu zaman komandanın maraqları həmin güclü, yiyəli, sahibli klubların maraqlarının altında qaldı.
Belədir: ədalət, tarazlıq olmayanda bu cür olur. Ötən il az qala "Araz Naxçıvan”ın bütün rəqibləri bəyanat verirdi ki, bizi naxçıvanlılarla oyunda sıxırlar. İndi də "Araz Naxçıvan” bəyanat verir. Dünyanın işi belədir.
Bəs bunun qarşısın necə almaq olar ki, dünən sənin rəqibin, bu gün sən bəyanat verməyəsən. Çox sadə. Burax komandaları özləri oynasınlar, kim güclüdürsə, o da qalib gəlsin. Belədə futbolun inkişafı da ləngiməz.
Sual yaranır: Yaxşı, futbolçu rəqibini görmürsə, necə qaydanı poza bilər? Futbolçu arxası ilə qayda poza bilər? Dirsək yox, badalaq yox, adi mövqe mübarizəsidir. Açıq-aşkar görünür ki, qapıçı topa gecikir. Qapıçı topa tullanandan sonra rəqib oyunçu ona "girsəydi”, qayda pozuntusu qeydə almaq olardı. Biz heç də demirik ki, hakim burda qolu qeydə almamaqla qərəzli olub. Sadəcə öz fikrimizi çatdırdıq. Amma, hər halda Avropada belə epizodlarda qol qeydə alardılar.
Epizodlara baxanda görünür ki, "Araz”ı ötən mövsüm pis öyrədiblər. O qədər onların lehinə qərar veriblər ki, indi də hər epizodda xeyirlərinə fit istəyirlər.
İndi isə ən azı,
salın "Araz”ı