1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İzmaylovun "Qəbələ" fırıldağının üstü açıldı
"Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylovun Azərbaycan karyerası ilə bağlı şok fakt üzə çıxıb. Sportnet.az-ın araşdırması nəticəsində məlum olub ki, rusiyalı yarımmüdafiəçi müqavilə bağladığı yanvarın 31-dən sonra "qırmızı-qaralar"ın Premyer Liqada 18, ölkə kubokunda 5 oyunu zamanı özünü zədədən, soyuqdan və hətta uzaq səfərdən qoruyub.
İzmaylov süni örtüklü meydanlarda ya meydana çıxmayıb, ya da tam oynamayıb:
Oynamayıb:
XIX tur. "Sumqayıt" - "Qəbələ". "Bayıl Arena"
XXXV tur. "İnter" - "Qəbələ". "Şəfa" stadionu
Tam oynamayıb:
XXII tur. AZAL - "Qəbələ. "AZAL Arena". 46-cı dəqiqədə oyuna girib.
XXIV tur. "Simurq" - "Qəbələ". Zaqatala şəhər stadionu. 69-cu dəqiqədə oyuna girib.
XXXI tur. "Rəvan" - "Qəbələ". "Bayıl Arena". İlk yarıda meydanda olub
Ulduz futbolçu qarlı hava şəraitində baş tutmuş XXVIII turun "Qarabağ" - "Qəbələ" matçını ehtiyatda keçirib. O, eyni zamanda XXIX turun və ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşlərində "Xəzər Lənkəran" səfərinə ümumiyyətlə getməyib. Yəqin ki, təcrübəli futbolçu Lənkərandan Qəbələyə və əks istiqamətdə avtobusla 1000 km-dən çox yol qət etmək istəməyib.
Əvəzində İzmaylov "Qəbələ"nin bütün ev oyunlarında can-başla oynayıb. Bunu Qəbələ şəhər stadionundakı ideal ot örtüyü ilə əlaqələndirmək olar. Ümumiyyətlə, o, 23 mümkün oyundan cəmi 10-da əvvəldən axıradək meydanda olub, 5 matçda ümumiyyətlə oynamayıb, 5 görüşü sona çatdırmayıb, 3-də isə ikinci hissədə meydana girib.
Topaz Premyer Liqası
XX tur. "Qəbələ" - "Qarabağ". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub
XXI tur. "Qəbələ" - "Xəzər Lənkəran". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub
XXIII tur. "Qəbələ" - "Rəvan". Qəbələ şəhər stadionu. 75 dəqiqə meydanda olub.
XXV tur. "Qəbələ" - "Neftçi". Qəbələ şəhər stadionu. 46-cı dəqiqədə oyuna girib
XXVI tur. "Bakı" - "Qəbələ". "Bakı"nın təlim-məşq bazasının stadionu. 90 dəqiqə meydanda olub
XXVII tur. "Qəbələ" - "İnter". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub.
XXX tur. "Qəbələ" - AZAL. Qəbələ şəhər stadionu. 77 dəqiqə meydanda olub.
XXXII tur. "Qəbələ" - "Simurq". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub.
XXXIII tur. "Neftçi" - "Qəbələ". "Bakcell Arena". 90 dəqiqə meydanda olub.
XXXIV tur. "Qəbələ" - "Bakı". Qəbələ şəhər stadionu. 65 dəqiqə meydanda olub.
XXXVI tur. "Qəbələ" - "Sumqayıt". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub.
Azərbaycan Kuboku
1/4 final. İlk oyun. "Qəbələ" - "Qarabağ". Qəbələ şəhər stadionu. 69 dəqiqə meydanda olub.
1/4 final. Cavab oyunu. "Qarabağ" - "Qəbələ". Tofiq Bəhramov adına Respublika stadionu. 90 dəqiqə meydanda olub.
1/2 final. İlk oyun. "Qəbələ" - "Xəzər Lənkəran". Qəbələ şəhər stadionu. 90 dəqiqə meydanda olub.
Final. "Qəbələ" - "Neftçi". Tofiq Bəhramov adına Respublika stadionu. Sonadək meydanda olub.
İzmaylovun süni örtüklü meydanlarda oynamaq istəməməsini özünün və hazırda çıxış etdiyi Rusiya "Krasnodar"ının baş məşqçisi Oleq Kononovun müxtəlif vaxtlarda verdiyi açıqlamalar da təsdiqləyir. İzmaylov avqustun 10-da "Sovetskiy Sport Futbol" həftəliyinə müsahibəsində "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi "Mordoviya" komandasına keçmək istəməməsini belə izah edib: "Əsas səbəb budur ki, "Mordoviya" süni örtükdə oynayır və məşq edir. Bu isə mənim üçün arzuolunmazdır. "Qəbələ"də isə Syominlə işləmək ideal idi. Onunla ən yüksək səviyyədə münasibətlərimiz qurulmuşdu. Mənə və Yuri Pavloviçə orada diqqət və hörmət göstərirdilər".
Kononov isə ötən gün "Amkar"la Rusiya Premyer Liqası çərçivəsində keçirilmiş səfər matçında təcrübəli futbolçunun çıxış etməməsini bu cür əsaslandırıb: "İzmaylovun karyerasında çoxlu zədə olub və biz onu süni örtükdən qoruduq. Həm də Marat Fransada "Lill" komandası ilə Avropa Liqası matçında kiçik xəsarət almışdı".
Qeyd edək ki, müqavilə üzrə Portuqaliya "Portu"suna məxsus Marat İzmaylov "Qəbələ"də icarə əsasında forma geyinib. O, mayın 17-də keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra klubu tərk edib.