1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədovla Hüseynov arasında ikiqat fərq
Tailandın paytaxtı Banqkokda 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ağırlıqqaldırma üzrə dünya çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, 100-dək ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da mübarizə aparır. İlk yarış günündə iki atlet körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.
Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq 3-cü olub. Təkanla qaldırmada o, 115 kq-ı ram edib və 11-ci yeri tutub. Toplam 209 kq (94 kq + 115 kq) nəticə göstərən ağırlıqqaldıran B qrupunda 6-cı olub.
Hüseynov isə birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 6-cı yeri tutub. Atlet təkanla qaldırma hərəkətində 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyib. Toplam 219 kq (94 kq + 125 kq) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutub.
Yekunda Məmmədov 16-cı, Hüseynov isə 8-ci yeri tutub.
Qeyd edək ki, hər iki atlet ötən il Polşanın Novı Tomısl şəhərində yeniyetmələrin Avropa birinciliyində çıxış ediblər. Həmin yarışda İsmayıl Məmmədov toplam 174 kq (81 kq + 93 kq), Elməddin Hüseynov isə 194 kq (84 kq + 110 kq) nəticə göstərib. Onlar dünya çempionatında nəticələrini müvafiq olaraq, 35 kq və 25 kq yaxşılaşdırıb.