Ağırlıqqaldırma üzrə 2018-ci il Avropa çempionatı təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov TASS-a bildirib.
M.Aqapitovun sözlərinə görə, 22 – 31 martda Türkiyənin Antalya şəhərində keçirilməsi planlaşdırılan qitə çempionatı 2018-ci ilin payızında baş tuta bilər.
Qeyd edək ki, Azərbaycan yığması 5 atletə görə cəza ilə üzləşib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), 2012-ci il London olimpiadasında isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib. Cəzalılar siyahısında Avropanın 7 ölkəsindən əlavə, Asiyadan Çin və Qazaxıstan da var.