1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Quliyev: "Təmsil etdiyim ölkə də mənim vətənimdir"
Londonda keçirilən Dünya Çempionatında 200 metr məsafəyə qaçış yarışlarında Türkiyənin ilk atletika üzrə qızıl medalını qazanan azərbaycanlı atlet Ramil Quliyev İstanbulda Azərbaycan-Türkiyə Dərnəyini (İSTAD) ziyarət edib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, təmsil etdiyi "Fənərbaxça” idman kulubunun rəsmiləri ilə dərnəyə gələn atlet İstanbulda yaşayan həmvətənlərimizlə görüşüb, onlarla xatirə şəkili çəkdirib.
R.Quliyev İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlunun müşayəti ilə dərnəklə yaxından tanış olub. Həmvətənlərimiz qarşısında çıxış edən atlet qazandığı uğurun Azərbaycan-Türkiyə qardaşlığına ən böyük mükafat kimi dəyərləndirib, hər iki ölkənin bayraqları ilə qələbə sevincini yaşamağın onun üçün əvəzolunmaz anlar olduğunu bildirib. Ölkə başçıları - Prezident İlham Əliyevə və Rəcəp Tayyip Ərdoğana səmimi təbriklərinə görə təşəkkür edən atlet, qələbəsindən sonra onlarla telefonda danışdığını bildirdi: "Mən idmana ilk addımlarımı Azərbaycanda atmışam. Vətənimi heç vaxt unutmaram. Təmsil etdiyim ölkə də mənim vətənimdir. Hər iki ölkənin liderlərinin mənə göstərdiyi etimadı bundan sonra da doğrultmağa çalışacağam”.