
5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub.
Sportnet.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır.
Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub.
Qeyd edək ki, İlias Fifa 2016-cı il Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Həmin olimpiadaya Azərbaycan təmsilçisi Hayle İbrahimova da qatılıb. Lakin hər iki atlet 5000 metr məsafəyə qaçışda finala yüksələ bilməyib.