Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF)  İcraiyyə Komitəsi yarışlar zamanı yeni çəki dərəcələrinin tətbiqinə dair qərar qəbul edib. 
Sportnet.az-ın məlumatına görə, kişilərin mübarizəsində çəkilərin sayı 10-a çatdırılıb. Bunlar 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdir. 
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-da yuxarı çəkilərdə mübarizə gedəcək. Əvəzində 55 kq və 89 kq olimpiya çəki dərəcələri sayılmayacaq. 
Hazırda qadınların yarışında yeni çəki dərəcələrinin müzakirəsi aparılır. 
Qeyd edək ki, İcraiyyə Komitəsinin qərarını iyulun 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçirəcəyi iclasında IWF Konqresi təsdiqləyəcək. Bu halda, yeni çəkilərlə ilk yarış 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşxababadda keçiriləcək dünya çempionatı olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    





















































